SİZİN REKLAM BURADA!
055 213 76 73



Ötən gün intihar edən məşhur psixoterapevt Dəyanət Rzayevin intiharlar haqqında verdiyi son müsahibəsi yayılıb.
 
BAKU.WS xəbər verir ki, psixoloq intihardan çıxış yolları haqqında danışıb. O, kişilərin daha çox intihar etdiyini qadınların isə daha çox intihardan danışmağa meyilli olduğunu bildirib.
 
O, bildirib ki, dünyada intihar edənlərin daha çox sağalmaz xəstəliyə yoluxanlar, narkomanlar, tənha insanlar, Azərbaycanda isə daha çox sosial problemləri olan insanlar olduğunu bildirib. Psixoloq onu də əlavə edib ki, insanların əksəriyyəti özünə qapanıb. O, uşaqlarda intihara səbəb kimi isə valideyn övlad münasibətlərinin düzgün qurulmamasını önə çəkib.

Xatırladaq ki, psixoloqun cəsədi yanvarın 25-də axşam saatlarında Bakının Yasamal rayonunda (Murtuza Muxtarov 185 ünvanında) yerləşən evində aşkarlanıb.
 
D.Rzayev özünü kəmərlə boğaraq intihar edib.   
 
Aynur Ələkbərova
BAKU.WS