SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Rəşad Nağıyev bir neçə gündür yeni işində çalışır Bakıda sürücüləri avtoxuliqan kimi tutmaqla məşhurlaşan və «Beko Rəşad» kimi tanınan yol polisi əməkdaşının işdən azad olunması barədə məlumat vermişdik.
 
Avtosfer.az-ın məlumatına görə, bir neçə gün öncə Nəsimi rayon Dövlət Yol Polisi Şöbəsində komandir vəzifəsindən azad edilən Rəşad Nağıyev artıq yeni vəzifəyə təyin edilib. Amma bu dəfə yol-patrul xidmətinə yox, post-patrul xidmətinə təyinat alıb. Məlumata görə, daxili işlər naziri, general-polkovnik Ramil Usubovun əmri ilə Rəşad Nağıyev bundan sonra Xəzər rayon Polis İdarəsinin post-patrul xidmətində işləyəcək.
 
BAKU.WS