SİZİN REKLAM BURADA!
055 213 76 73


 
Bu gün Bakı şəhəri Yasamal rayonunun təbii qaz təchizatında məhdudiyyətlər olacaq.

BAKU.WS SOCAR-a istinadən xəbər verir ki, "Təzə Qanlı Göl" ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində aşkar olunmuş qaz sızmasının ləğvi və təmir-bərpa işləri ilə əlaqədar yanvarın 13-də saat 09:30-dan 18:00-dək Yasamal rayonunun bir hissəsinə təbii qazın verilişində fasilələr yaranacaq.
 
"Azəriqaz" İB yaranmış məhdudiyyətlə bağlı bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.