Azərbaycanda “Facebook” istifadəçilərinə Dövlət Xidməti tərəfindən XƏBƏRDARLIQ - FOTO

Azərbaycanda “Facebook” istifadəçilərinə Dövlət Xidməti tərəfindən XƏBƏRDARLIQ - FOTO
Foto
Sosial 2

Son zamanlar kiberdələduzlar tərəfindən “Facebook” sosial şəbəkəsində müxtəlif adlarda saxta dələduzluq səhifələri yaradılır.

Bu barədə BAKU.WS-ə Elektron Təhlükəsizlik Xidmətindən bildirilib.

Dələduzlar, səhifələrində bir çox şirkətlərin “Facebook” səhifələrini qeyd edərək, onların silinəcəyinə dair həqiqəti əks etdirməyən məlumatlar paylaşırlar.

Belə ki, paylaşımlarda “Facebook”a daxil olmaq üçün saxta keçidlər vasitəsilə istifadəçilərin giriş məlumatları tələb edilir.

Məlumatlar daxil edildikdən sonra “Facebook” hesabının dələduzlar tərəfindən ələ keçirilməsi halı müşahidə olunur.

Elektron Təhlükəsizlik Xidməti qurumlardan bu kimi hallara qarşı diqqətli olmağı, həmçinin tanımadıqları mənbədən gələn keçidlərə daxil olmamağı tövsiyə edir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Oxşar xəbərlər

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb

ETX: Dövlət Vergi Xidmətinin saxta portalı yaradılıb

Elektron Təhlükəsizlik Xidməti tərəfindən aparılan araşdırmalar nəticəsində kiberdələduzların dövlət orqanlarına və müəssisələrə qarşı saxta e-poçt fişinq kampa...

3 Sosial 15:52 12 dekabr 2023

Son xəbərlər