Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi ləğv edilib
Naxçıvan Muxtar Respublikası Ali Məclisi sədrinin müavini Anar İbrahimov dekabrın 26-da “Naxçıvan Muxtar Respublikasının Medianın İnkişafı Agentliyi” publik hüquqi şəxsin ləğv edilməsi barədə Sərəncam imzalayıb.
“Report”un yerli bürosu xəbər verir ki, sərəncama əsasən, Naxçıvan Muxtar Respublikasının İqtisadiyyat Nazirliyi bu sərəncamdan irəli gələn məsələləri həll edəcək.
Naxçıvan Muxtar Respublikasının Nazirlər Kabineti iki ay müddətində Ali Məclis sədrinin aktlarının bu sərəncama uyğunlaşdırılması ilə bağlı təkliflərini Naxçıvan Ali Məclisinə təqdim etməli və bu Sərəncamdan irəli gələn digər məsələləri həll etməlidir.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...