SİZİN REKLAM BURADA!
055 213 76 73


Ötən il "Azərbaycan Dəmir Yolları" QSC (ADY) və İsveçrənin “Stadler” şirkəti arasında imzalanmış müqaviləyə uyğun olaraq gətirilməsi nəzərdə tutulan 10 qatarın 4-ü bu ilin sonuna qədər təhvil veriləcək.

BAKU.WS report-a istinadən xəbər verir ki, bunu “Azərbaycan Dəmir Yolları” QSC-nin (ADY) sədri Rövşən Rüstəmov jurnalistlərə açıqlamasında bildirib.

Onun sözlərinə görə, hazırda onların 1-i Bakıdadır: “Daha 1 qatar isə bu gün sərhəddən keçib. Digər ikisinin isə hazırlıqları bitmək üzrədir. Qalan altı qatarın istehsalı ilə bağlı son işlər görülür”.

O qeyd edib ki, 2024-cü ilin sonuna qədər bu qatarlar da təhvil veriləcək: “Bu il gətirilən 4 qatarın sınaqlarından sonra 2024-cü ilin mart ayından istifadəyə veriləcək”.

BAKU.WS