21 mindən çox sahibkara 38 milyon manata yaxın ödəniş edilib

21 mindən çox sahibkara 38 milyon manata yaxın ödəniş edilib
Sosial 232

"Bu günə qədər Azərbaycanda pandemiyaya görə 21 432 vergi ödəyicisinə 37 930,3 min manat ödəniş edilib.

BAKU.WS xəbər verir ki, bunu Nazirlər Kabineti yanında Operativ Qərargahda jurnalistlər üçün keçirilən brifinqdə İqtisadiyyat naziri Mikayıl Cabbarov bildirib.

Onun sözlərinə görə, ötən il Azərbaycanda 11 152 sahibkarın dövlər büdcəsinə ödənişi 250 manatdan az olsa da, hazırda iş adamlarına verilən maliyyə dəstəyinin məbləği minimum 250 manat, maksimum isə 5 000 manatdır. Bu da həmin vəsaitin həmrəylik məqsədi daşıması ilə bağlıdır.

Nazir həmçinin qeyd edib ki, pandemiyadan zərər çəkənlərin qeyri-neft sektorunda payı 46,4%-dir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər