VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakının Binəqədi rayonunda yanan binanın sakinləri mənzillərinə köçürülür.

BAKU.WS
-in Report saytına istinadən verdiyi məlumata görə, sakinlər mənzillərinə mərhələli şəkildə yaxın üç gün ərzində köçəcəklər.

Hazırda Binəqədi Rayon İcra Hakimiyyəti və "Azəraqrartikinti" Səhmdar Cəmiyyəti əməkdaşlarının iştirakı ilə mənzillərin aktlaşdırılması həyata keçirilir.

Aktlaşdırma sənədlərində mənzildə olan avadanlıqların siyahısı da qeyd olunub.

BAKU.WS