SİZİN REKLAM BURADA!
055 213 76 73


Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu barədə sözügedən ərazidə yaşayan sakinlər bildiriblər.

Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək.

Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblərindən 2000-2100 AZN-ə satın alınır. Üstəlik onlara yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək. 

BAKU.WS sözügedən ərazinin "Google map" üzərindən görüntüsünü təqdim edir:

Zöhrə Pənah
BAKU.WS