Bakının bu ünvanında evlər PLANA DÜŞDÜ - Kvadratmetrinə görə 2000-2100 pul veriləcək - FOTO

Bakının bu ünvanında evlər PLANA DÜŞDÜ - Kvadratmetrinə görə 2000-2100 pul veriləcək - FOTO
Sosial 273

Paytaxtın daha bir ünvanında evlər və obyektlər plana düşüb.

BAKU.WS-in əldə etdiyi məlumata görə, bu barədə sözügedən ərazidə yaşayan sakinlər bildiriblər.

Qeyd edilib ki, Yasamal rayonu Abbas Mirzə Şərifzadə küçəsində qəzalı vəziyyətdə olan binalar və iaşə obyektləri sökülərək yerində müasir tələblərə uyğun binalar tikiləcək.

Həmin ərazidəki yararsız obyektlər və evlərin kvadratmetri sahiblərindən 2000-2100 AZN-ə satın alınır. Üstəlik onlara yeni mənzillər inşa edilənə qədər kirayə pulu da ödəniləcək.

BAKU.WS sözügedən ərazinin "Google map" üzərindən görüntüsünü təqdim edir:

Bakının bu ünvanında evlər PLANA DÜŞDÜ - Kvadratmetrinə görə 2000-2100 pul veriləcək - FOTO

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər