VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.99%-dən

Bakıda yeniyetmələrin yüksəklikdən avtomobil təkəri buraxaraq yolda hərəkət edən nəqliyyat vasitələri üçün təhlükə yaratmaları ilə bağlı sosial şəbəkələrdə görüntülər yayılıb. Bu hərəkət vətəndaşların qınağına səbəb olub.

Məsələ ilə bağlı Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat Xidmətindən bildirilib ki, polis yayılan görüntülərdən məlumatlıdır.

"Hazırda araşdırma aparılır. Araşdırmanın nəticəsindən asılı olaraq əmələ hüquqi qiymət veriləcək və ictimaiyyətə əlavə məlumatın verilməsi təmin olunacaq", - məlumatda vurğulanıb.

***08:15

Bakıda bir qrup şəxsin "əyləncəsi" təhlükəli vəziyyət yaradıb.

Bu barədə görüntülər sosial şəbəkəyə yerləşdirilib.

Belə ki, bir neçə yeniyetmə avtomobil təkərini yüksəklikdən buraxaraq magistral yola doğru hərəkət etməsinə tamaşa ediblər.

Onlar yaranmış təhlükəli vəziyyəti gülüşlə qarşılayıblar.

BAKU.WS
VİDEO