SİZİN REKLAM BURADA!
055 213 76 73


Türkiyəli aktyor Dursun Ali Erzincanlı Bakıya gəlib.

BAKU.WS xəbər verir ki o, bu barədə sosial şəbəkə hesabında bildirib.

Paytaxtı qarış-qarış gəzən türkiyəli aktyor əvvəl Hərbi Qənimətlər Parkında olub. Daha sonra isə Ali Erzincanlı bir neçə gün əvvəl vəfat edən Millət vəkili Qənirə Paşayevanın məzarını ziyarət edib.

Aktyor sosial şəbəkə hesabında İkinci Fəxri Xiyabanda lentə alınan fotosunu paylaşıb.

Məlumat üçün bildirək ki, Dursun Ali Erzincanlı Türkiyənin reytinqli layihələrindən olan "Diriliş Ərtoğrul" serialında rol alıb.

BAKU.WS