"YAŞAT" Fondu şəhid Səbuhi Əliyevin yeni doğulan əkiz qızlarının zəruri xərclərini qarşılayıb - FOTO

Qarabağda aparılan antiterror tədbirləri zamanı şəhid olan Səbuhi Əliyevin Bakı şəhərində doğulan əkiz övladları Nərgiz və Nazlının zəruri xərcləri "YAŞAT" Fondu tərəfindən qarşılanıb.
BAKU.WS report-a istinadən xəbər verir ki, bu məqsədlə 2000 AZN vəsait ananın hesabına köçürülüb.
Dünyaya yeni göz açan körpələrin adına isə depozit hesabları açılacaq və ümumilikdə 10 000 AZN vəsait onların hesabına yerləşdiriləcək. Həmin hesaba vəsait Fonda edilən ianələr hesabına toplanmış məbləğdən köçürülür.
Şəhidin övladları bu vəsaiti üzərinə mütəmadi toplanan faizləri ilə birlikdə 18 yaşına çatdıqdan sonra hesablarından çıxara biləcəklər.
Qeyd edək ki, Fondun "Onlar bizə əmanət" layihəsi indiyədək 109 şəhid övladını əhatə edib.
Qalereya
Oxşar xəbərlər
Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəlib - FOTO
Bu il Laçında şəhid olan Elşad Həsənovun övladı dünyaya gəlib. Bu barədə “YAŞAT” Fondu məlumat yayıb. Qeyd olunub ki, bu ilin aprel ayının 11-də Ermənistan sila...
