2024-cü ilin yazında nə geyinmək lazımdır?

2024-cü ilin yazında nə geyinmək lazımdır?
Sosial 1

Əlvida, qara gödəkçələr və palçığa bürünmüş ayaqqabılar!

Yaz fəsli yaxınlaşdıqca hər kəsi bir sual düşündürür, bu ilin dəbi nə olacaq? Təbii ki, zövqlər müxtəlifdir.

BAKU.WS xarici mediaya istinadən bu yaz hansı geyimlərin dəb olacağını təqdim edir.

Bu yaz vitrinlərdə bəzəkli qısa şortlar, tünd qırmızı və az parıltılı ətəklər üstünlük təşkil edəcək.

Qırmızı sevimli yaz kolleksiyalarını bir az da tündləşdirir. İstər tünd qırmızı, istərsə də öküz qanı adlandırmağınızdan asılı olmayaraq, bu rəng əhval-ruhiyyəni yaxşılaşdırır. Ona görə də bu tərzi qarderobunuza daxil etməyin vaxtıdır. Məsələn, tünd qırmızı paltar gözəl göründüyünüzü göstərsə də, kiçik bir tünd qırmızı çanta və ya bir cüt makasin ilə mövsümə başlaya bilərsiniz.

Dizaynerlər həmçinin qızılgüllər, fırfırlar və krujevalara maraq göstərirlər. Sevimli romantik fırfırlı, hərəkətli paltarınızı çiçəkli boyunbağı ilə tamamlaya bilərsiz.

2024-cü ilin ən sevdiyimiz moda meyllərindən biri zərif estetikanın qayıdışıdır. Siz polo yaxa və düyməli köynəklə zərif və gözoxşayan kombin yarada bilərsiz.

Təxminən on ilini moda "həbsxanasında" keçirdikdən sonra bu mövsüm kəmərlər, bir çox dizaynerlər sayəsində modaya qayıtdı. Odur ki, paltara və ya enli cins şalvara kəmər əlavə etməkdən çəkinməyin.

Leopard görünüşlü geyimlər hazırda küçə stili izdihamı arasında trenddədir və onun populyarlığı artmağa davam edəcək.

Bu yaz mavi rəng də gözoxşayacaq. Səma mavisi indi təkcə başımızın üstündə deyil, həm də geyimlərdə də bizimlə olacaq. Siz rahatlıqla mavi rəng paltar, ayaqqabı və ya çanta istifadə edərək dəbə uyğunlaşa bilərsiz.

Bu mövsüm podiumlarda ən çox istifadə olunan geyim tərzi isə sadə cins şalvarlardır. Belə ki, siz sadə cins şalvarı yaz gödəkcəsi və ya incə sviterlə uyğunlaşdıra bilərsiz.

Qısaca, təmkin, sakit dəbdəbə və minimalizm trenddədir.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər