“2019-2023 Dövlət Proqramı” - Xaricdə Doktorantura Təhsilinin gələn ilin yaz semestri üçün sənəd qəbuluna başlanılıb

“2019-2023 Dövlət Proqramı” - Xaricdə Doktorantura Təhsilinin gələn ilin yaz semestri üçün sənəd qəbuluna başlanılıb
Sosial 248

“2019-2023 Dövlət Proqramı” - Xaricdə Doktorantura Təhsili 2021-ci il yaz semestri üçün sənəd qəbuluna start verilib.

BAKU.WS Təhsil Nazirliyinə istinadən xəbər verir ki, Nazirliyin nəzdində “2019-2023 Dövlət Proqramı” İdarəetmə Qrupu “2019-2023-cü illər üçün Azərbaycan ali təhsil sisteminin beynəlxalq rəqabətliliyinin artırılması üzrə Dövlət Proqramı” çərçivəsində nüfuzlu xarici ali təhsil müəssisələrində doktorantura səviyyəsi üzrə təhsil almaq istəyən Azərbaycan Respublikası vətəndaşlarını 2021-ci il yaz semestri üçün sənəd qəbulunda iştirak etməyə dəvət edib.

Proqram xaricdə doktorantura səviyyəsi üzrə təhsili üçün prioritet ixtisas istiqamətləri və ixtisasları üzrə doktoranturaya qəbul olmağa hazırlaşan və hazırda müvafiq sahələr üzrə doktorantura səviyyəsində təhsil alan namizədlər üçün nəzərdə tutulub. Proqram iştirakçılarının təhsilinin maliyyələşdirilməsi Dövlət Proqramının İdarəetmə Qrupu tərəfindən idarə olunur.

Sənəd qəbuluna dair digər məlumat və şərtlərlə elan vasitəsilə tanış olmaq mümkündür. Əlavə suallar olduqda maraqlanan namizədlər e-poçt vasitəsilə dpinfo@edu.gov.az ünvanına müraciət edə bilərlər.

Müraciətlər üçün son tarix 15 dekabr 2020-ci il olaraq müəyyən edilib.

Mokaland Uşaq Əyləncə Mərkəzi

Son xəbərlər