Bakıda bu şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir - VİDEO

Bakıda bu şagirdlərin məktəb yolu qəbiristanlıqdan keçir - VİDEO
Video
Sosial 0

Binəqədi rayonu, Biləcəri qəsəbəsi, Nur yaşayış massivində yerləşən 314 nömrəli məktəbin şagirdləri təhsil üçün qəbiristanlıqdan keçməli olurlar.

Şagirdlər hər gün dərsə məzar daşlarının arası ilə gedib - gəlirlər.

Valideynlər deyirlər ki, ötən ilə qədər məktəbə qəbiristanlığın kənarı ilə bir neçə yol var idi. Lakin indi hamısı özəlləşdirilib.

Sakinlərin iddiasına görə, bu məsələ ilə əlaqədar aidiyyəti qurumlara müraciət etsələr də, heç bir nəticəsi olmayıb.

Sözügedən problemlə bağlı Biləcəri bələdiyyəsinin sədri Ehtibar Cabbarov bildirdi ki, məsələ araşdırılacaq.

Son xəbərlər