SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycandan kənarda silahlı münaqişələrdə iştirak etməkdə təqsirləndirilən İŞİD terror təşkilatının üzvlərindən olan Şahin Salayevin cinayət işi üzrə məhkəmə prosesi yekunlaşıb.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Fərid Namazovun sədrliyi keçirilən iclasda hökm oxunub.

Hökmə əsasən, təqsirləndirilən Şahin Salayev 7 il azadlıqdan məhrum edilib.

Qeyd edək ki, 2023-cü ildə Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən ələ keçirilərək Azərbaycana gətirilən, Suriya-İraq ərazisində 10 illik döyüş təcrübəsi olan Şahin Salayev 2016-cı ildə Suraxanı Rayon Məhkəməsinin qətnaməsi ilə xaricdəki silahlı münaqişələr zamanı ölmüş elan olunub.

Hazırda “sənəd üzərində ölmüş” olan Şahin Salayev tutulduğu cinayət işi üzrə həbs tədbiri seçilməsi üçün məhkəmə qarşısına çıxarılarkən, hakimin suallarını cavablandırmaqdan imtina edərək dünyəvi dövlətin məhkəmələrini tanımadığını deyib.

Şahin Salahov Cinayət Məcəlləsinin 283 (Milli, irqi, sosial və ya dini nifrət və düşmənçiliyin salınması) maddəsi ilə ittiham olunub.

BAKU.WS