18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq - FOTO

Valideyn himayəsindən məhrum olmuş 18 yaşına çatan şəxslər üçün yeni güzəşt tətbiq olunacaq.
BAKU.WS trend-ə istinadən xəbər verir ki, bununla bağlı məsələ Milli Məclisin Əmək və sosial siyasət komitəsinin bu gün keçirilən iclasında müzakirə edilən “Sosial xidmət haqqında” qanuna dəyişiklikdə öz əksini tapıb.
Qanuna təklif edilən dəyişikliyə əsasən, həmin şəxslər çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq və onlar da ev alana qədər dövlət müəssisələrində yaşayış yeri ilə təmin olunacaqlar.

Komitə sədri Musa Quliyev bildirib ki, həmin şəxslər 18 yaşına çatdıqdan sonra sosial xidmət müəssisələrindən çıxırdılar və ev alana qədər çox vaxt çətin vəziyyətdə olurdular, yəni kirayə haqqı verə bilmirdilər.
“İndi həmin şəxslər də çətin şəraitə düşmüş insanlar kateqoriyasına aid olunacaq. Eyni zamanda, onları daha tez siyahıya salıb mənzillərlə təmin etmək mümkün olacaq”, - deyə o əlavə edib.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
