Tanınmış aparıcı "Azərişıq”dan şikayətçidir - "150 manat borc gəldi" - FOTO

Tanınmış jurnalist, "Sabaha Saxlamayaq" proqramının aparıcısı Ürfan Məmmədli "Azərişıq” ASC-dən şikayətçidir.
BAKU.WS xəbər verir ki, o, bu barədə feysbuk hesabında paylaşım edib.
Aparıcı bildirib ki, son 1 ay ərzində istifadə edilən elektrik enerjisinə görə 150 manat işıqpulu gəlib.

Halbuki ay ərzində bu qədər enerji istifadə edilməyib:
""Azərişıq"da kimdirsə, birdən varlanmaq istəyir. Əks halda bunun adı talandır!!! "Qaynar xətt"ə zəng vurdum, növbə 20-dən yuxarı idi. Görünür, hamıda eyni şikayətdir. Keçək mətləbə. Avqustundan 14-dən bəri Azərişıq ASC yazdığı işıq borcu 150 manatı keçib. Üstəlik, nəzərə alaq ki, bu bir ayın bir həftəsini Bakıda olmamışıq. Havaların sərin olduğu günlərdə isə kondinsioner işlətməmişik. Məbləğ çox deyilmi? Qonşumuz təqaüdçü xanımdır. Nə kondisioneri var, nə də kombisi. Saat 11 olmamış yatır. Ona da 130 AZN borc gəlib. Halbuki əvvəlki ay cəmi 17 AZN olub".
Qalereya
Oxşar xəbərlər
Avqustda işıqpulu çox yazılıb? - "Azərişıq"dan iddialara cavab
Avqustda işıqpulunun digər aylarla müqayisədə həddən artıq çox yazılması ilə bağlı sosial şəbəkələrdə məlumatlar paylaşılıb. Bəzi vətəndaşlar iddia edirlər ki,...
