SİZİN REKLAM BURADA!
055 213 76 73


Azərbaycanda məktəblərin başlamasına az müddət qaldığı bir vaxtda valideynləri bir məsələ narahat edir. Bu, övladları üçün almaq istədikləri məktəb ləvazimatlarının qiymətlərinin onları heç də qane etməməsidir.

BAKU.WS xəbər verir ki, övladına məktəb ləvazimatı almaq istəyən valideynlər arb-yə bildirib ki, qiymətlər heç də ucuz deyil. Bir məktəbli çantasını hazırlmaq üçün 100-200 manat xərcləmək məcburiyyətindədirlər.

Qeyd edək ki, satışa çıxarılan məhsulların əksəriyyəti Rusiya, Çin və Türkiyədən gətirilir. Satıcılar da təsiqləyib ki, ötən illə müqayisədə bu il ləvazimatların qiymətində artım var.

Hazırda bəzi mağazlarda çantalrın qiyməti 19 - 132 AZN arasında dəyişir. Qələmlərin qiyməti 10 qəpikdən başlayaraq 6 AZN-ə qədər artır. Dəftər almaq istəyənlər isə bir ədədi üçün 0.15 – 1.70 AZN aralarında pul xərcləməli olurlar. 

BAKU.WS
VİDEO