ADY Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edib

07
sen
2023
16:03
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 9 və 10 sentyabr tarixlərinə hər iki istiqamət üzrə əlavə qatar reysləri təyin edib.
BAKU.WS xəbər verir ki, saat 08:25-də qatar Bakıdan Ağstafa istiqamətinə, saat 17:10-da isə Ağstafadan Bakı istiqamətinə yola düşəcək.
“Bundan əlavə Bakı-Ağstafa-Bakı marşrutu üzrə qatarlarımız ənənəvi qrafiklə hər gün Bakıdan saat 08:45-də, Ağstafadan isə 18:15-də yola düşür”, - məlumatda qeyd olunur.
Oxşar xəbərlər
Bakı-Ağstafa-Bakı marşrutu üzrə əlavə qatar reysləri təyin edilir
“Azərbaycan Dəmir Yolları” QSC Bakı-Ağstafa-Bakı marşrutu üzrə artmaqda olan sərnişin tələbatı ilə əlaqədar olaraq 19 və 20 avqust tarixlərinə hər iki istiqamət...
