20 saylı məktəb-liseyin şagirdləri “Azərcosmos”da olub
Yeniliklərdən dərhal xəbərdar olun
Gənclər və İdman Nazirliyinin Bakı şəhər Gənclər və İdman idarəsinin təşəbbüsü ilə A. Hüseynzadə adına 20 saylı məktəb-liseyin diroktoru Səadət Veysovanın və sinif rəhbərləri Samirə Abbasovanın rəhbərliyi altında 8 L sinif şagirdləri “Azərkosmos” Açıq Səhmdar Cəmiyyətində ekskursiyada olub.
BAKU.WS xəbər verir ki, ekskursiya “Azərkosmos”un Bakı şəhərində yerləşən yerüstü idarəetmə mərkəzinin inzibati binası ilə tanışlıqla başlayıb.”Azərkosmos” ASC-nin əməkdaşları şagirdlərə Prezident İlham Əliyevin rəhbərliyi altında ölkəmizdə kosmik sənayenin inkişafı istiqamətində həyata keçirilən tədbirlər haqqında geniş məlumat verərək dünyanın kosmik klubunun üzvü kimi ölkəmizin bu sahədə də mövqelərini möhkəmləndirdiyni qeyd ediblər. “Azerspace 1” telekommunikasiya peyki, “Azersky” müşahidə peyki və “Azerspace 2” peyklərinin qabaqcıl texnoloji dizaynı və çevik qoşulma imkanları sayəsində Azərbaycanda, o cümlədən Şərqi Avropa, Şimali Afrika, Mərkəzi Asiya, Qafqaz ölkələri və Yaxın Şərq regionuna yüksək keyfiyyətli telekommunikasiya və yayım xidmətləri verməsi haqqında geniş məlumatlar veriblər. Şagirdlər peyk vasitəsilə yüksək etibarlı peyk əsaslı teleradio yayımı, DTH (Direct-to-Home), səs, video və s. məlumatlarının ötürülməsi imkanlığını yaxından izləyiblər.Sonda şagirdləri maraqlandıran suallar cavablandırılıb.Azərbaycanın bütün sahələrdə, o cümlədən kosmik sahədə uğurlar əldə etdiyini bildirən məktəb direktoru Səadət Veysova bu uğurların təntənəsi kimi 2022-ci ildə Beynəlxalq Astronavtika Konqresinə ev sahibliyi etmək hüququnu qazanması münasibətilə “Azərcosmos”ASC-nin rəhbərliyini təbrik edərək onlara belə maraqlı ekskursiyanın həyata keçirilməsi üçün imkan yaratdığına görə minnətdarlığını bildirdi.
Qalereya
Oxşar xəbərlər
Salyanda Heydər Əliyev Fondunun təşəbbüsü ilə yeni məktəb binası inşa olunub
Salyan rayonunun Ərəbqardaşbəyli kənd tam orta məktəbinin Heydər Əliyev Fondunun təşəbbüsü ilə inşa olunan yeni binasının açılışı olub. Fonddan BAKU.WS-ə verilə...