Kəmaləddin Heydərovun qəbuluna düşmək istəyənlərin NƏZƏRİNƏ
Fövqəladə hallar naziri Kəmaləddin Heydərov Xırdalan şəhərində vətəndaş qəbulu keçirəcək.
Bu barədə BAKU.WS-ə FHN-dən məlumat verilib.
Qeyd edilib ki, qəbul iyunun 2-də Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında təşkil ediləcək.
Vurğulanıb ki, saat 10:00-dan etibarən Abşeron və Zəngilan rayonları sakinləri qəbul ediləcəklər. Qəbula gələn vətəndaşların qeydiyyatı 1 iyun 2026-cı il tarixində Abşeron rayon Dövlət Yanğından Mühafizə Hissəsinin inzibati binasında saat 09:00-da başlayacaq.
Bildirilib ki, qəbulda yalnız Fövqəladə Hallar Nazirliyinin səlahiyyətlərinə aid müraciətlərə baxılacaqdır.
Oxşar xəbərlər
Sabah Bakının iki küçəsində nəqliyyatın hərəkəti qismən məhdudlaşdırılacaq
Aparılacaq təmir işləri ilə əlaqədar Xətai rayonu, Kazımağa Kərimov küçəsinin bir hissəsində və Nizami rayonu, Keşlə qəsəbəsi, 6-cı Keşlə küçəsində hərəkət məhd...