Bakıda "kitayski" mallar brend adı ilə satılır: 12 manatlıq geyim 68 manata (VIDEO)
20
dek
2017
11:37
Bakıda bəzi ticarət mərkəzlərində, mağazalarda 12 manatlıq geyim 5 dəfə baha satılır.BAKU.WS-in məlumatına görə, paytaxtda adi dərzilərin tikdiyi paltarların üzərinə dünyanın məşhur markalarının etiketini vuraraq mağazalarda satırlar.Bu barədə Space TV-də xüsusi reportaj hazırlanıb. Reportajda qeyd olunur ki, geyimlərin İtaliya, Türkiyədən gətirildiyi deyilsə də, əslində mallar Çindən idxal olunur.Maraqlısı budur ki, həmin mallar Bakının məşhur "Tarqovı" deyilən ərazisində yerləşən mağazalarda da yüksək faizli endirimlərlə satılır.Reportajda görünür ki, müxbir saxta mallar mağazalara daxil olaraq satıcılardan faktura istəsə də onlar tələb olunanı göstərə bilməyiblər.Reportajı sizə təqdim edirik.BAKU.WS
Oxşar xəbərlər
Azərbaycana idxal edilən vertolyot və təyyarələr gömrük rüsumundan azad edilib
Gələn il yanvarın 1-dən Azərbaycana idxal edilən vertolyotlar, təyyarələr, kosmik aparatlar (peyklər daxil olmaqla) və paraşütlər gömrük rüsumundan tam azad edi...