VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 
"Biz şəhid ailələrinin övladlarının ödənişli ali məktəblərdə təhsil haqqından azad olunması barədə qanun qəbul etmişik. Amma orada göstərilir ki, həmin tələbələr 23 yaşa qədər təhsil haqqından azad olunur. Bu da magistratura pilləsində problem yaradır”. 

Əmək və sosial siyasət komitəsinin sədri Hadı Rəcəbli bu fikirləri Milli Məclisdəki büdcə müzakirələrində səsləndirib. Komitə sədri hökumət üzvlərinə üz tutaraq şəhidlərə və Qarabağ əlilləri üçün müəyyənləşdirilən sığorta haqları ilə bağlı da problemlərdən də danışıb: "Gələcək büdcə hazırlanarkən mütləq bu məsələ gündəmə gəlməlidir. Çünki bu məsələ çoxdan ortadadır”.
 
musavat.com