SİZİN REKLAM BURADA!
055 213 76 73


Dövlət Su Ehtiyatları Agentliyinə məxsus “Azərsu” ASC Bakı və Abşeron yarımadası, həmçinin regionlarda mənbələrdən ötürülən suyun həcmini artırıb.

Bu barədə qurumdan bildirilib.

Buna səbəb son günlər ölkədə kəskin istilərin müşahidə edilməsidir.

Əlavə olaraq anbar ehtiyatlarının toplanması və şəbəkələrin tənzimlənməsi işləri də həyata keçirilir.

Qurum hidrometeroloji proqnozlara görə kəskin istilərin qarşıdakı günlərdə də davam edəcəyini nəzərə alaraq istehlakçılardan bu günlərdə içməli sudan mümkün qədər qənaətlə istifadə etmələri və su israfçılığına yol verməmələrini xahiş edir.

BAKU.WS