VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən


Bakıda Nəqliyyat Nazirliyinin, yol polisinin xəbəri olmadan qeyri-qanuni sərnişin avtobusları barədə sentyabrın 10-da "Bakı avtobusunda şou: siqaret dumanı, yüksək sürət və pis rəftar (VİDEO)” adı altında dərc olunan materialda məlumat vermişdik.


BAKU.WS həmin məlumatı dərc edən zaman aidiyyatlı qurumlar məsələ ilə bağlı araşdırma aparacaqları barədə söz vermişdilər. Problemə aydınlıq gətirməyə imkan tapmamış isə qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan mikroavtobuslardan biri sentyabrın 17-də dəhşətli şəkildə qəza törətdi. "Ford” markalı mikroavtobusun qəzaya uğraması zamanı ölən və yaralananlar oldu.


Məhz bundan sonra Nəqliyyat Nazirliyi hərəkətə keçdi və qeyri-qanuni sərnişindaşıma ilə məşğul olan sürücülərə qarşı reydlərə başladı.
Təbii ki, bu reydlər zamanı bir neçə qanunsuz fəaliyyət göstərən şəxslər aşkarlandı. Lakin problem hələ də öz həllini tapmadı. Bunun səbəbi isə reydlər zamanı nazirliyin müfəttişlərilə vətəndaşlar arasında gizlin sövdələşmələr dururdu.

Ekspertlər isə bunun səbəbini Nəqliyyat Nazirliyinin yarıtmaz fəaliyyətində görür. Nəqliyyat üzrə ekspert Məzahir Rüstəmov BAKU.WS-ə bildirib ki, əslində nazirliyin strukturunda böyük boşluqlar var. Bu boşluqlar 2006-cı ildə nəqliyyat sistemi qurularkən düzgün formalaşmaması idi.

"2006-cı ildən avtobus xətləri sahibkarlara verilərkən müəyyən şəxslərin mənafeləri nəzərə alınırdı deyə, bu sahədə monopoliya yarandı. "Transqeyt” adlı şirkət yaradıldı və həmin şirkət digər sahibkarlara inkişaf etməyə imkan vermədi. Məhz bu səbəbdən də, şəhər nəqliyyatı iflic vəziyyətə düşdü. Sonradan isə həmin şirkət tamam xaos yaratdığı üçün onu bağladılar”, - deyə Məzahir Rüstəmov bildirib.

Ekspert çıxış yolu kimi Nəqliyyat Nazirliyində rüşvətxor, işə şəxsi mənafeləri üçün yanaşanların müəyyənləşdirilməsində görür. O, Nəqliyyat Nazirliyində əsaslı islahatların aparılmasını vacib sayır.


Məzahir Rüstəmov deyir ki, belə islahatlardan biri də, "Baku Bus” şirkətinin yaradılmasıdır. Məhz bunun nəticəsində də, qeyri-qanuni və xırda sərnişindaşıma ilə məşğul olan şirkətlər darmadağın ediləcək.


Qeyd edək ki, Nəqliyyat Nazirliyi qeyri-qanuni işləyən avtobuslarla bağlı reydlər keçirilərkən müəyyən məsələlər nəzərə alınmır. Əvvəla reydlərin keçiriləcəyi vaxt və yer əvvəlcədən açıqlanır. Bundan başqa, bəzi müfəttişlər gizlin sərnişindaşıma ilə məşğul olanlara xəbər verirlər ki, reydlərin keçiriləcəyi vaxt gözə görünməsinlər.


Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzinin mətbuat xidmətinin rəhbəri Şəfa Mehmanqızı BAKU.WS-ə açıqlamasında belə müfəttişlərin tezliklə müəyyən edilərək cəzalandırılacağına söz verdi.


Sərnişindaşımada çox ciddi islahatlar aparılacaq. Bundan sonra reydlər də qəfildən və fərqli ünvanlarda keçiriləcək”, - deyə Şəfa xanım vurğuladı.

Xatırladaq ki, nə Bakı-Sumqayıt istiqamətində, nə də "Əhmədli” metrosunun yanından "Xəzər” univermağı istiqamətinə qeyri-qanuni işləyən sərnişin avtobusları yığışdırılmayıb. Ya həmin avtobusların işləməsinə rəvac verənlər var, ya da ekspertlərin dediyi kimi Nəqliyyat Nazirliyinin müfəttişləri işlərini bacarmırlar.

Bakı avtobusunda şou: siqaret dumanı, yüksək sürət və pis rəftar (VİDEO)

 

Bakı-Sumqayıt yolunda dəhşət: ölənlər var (VİDEO)


Ziya Səccad
BAKU.WS