SİZİN REKLAM BURADA!
055 213 76 73


İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 bal gücündə baş verən zəlzələ daha çox Xaçmaz rayonunda hiss edilib.

Bəs Xaçmazda dağıntı olubmu? Rayon sakinlərindən xəsarət alan və əmlaklarına ziyan dəyən olubmu?

Məsələ barədə oxu.az Xaçmaz Rayon İcra Hakimiyyətinə (RİH) müraciət edib.

RİH başçının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Bəxtiyar Osmanov cavab olaraq bildirib ki, zəlzələ nəticəsində rayonda hər hansı dağıntı qeydə alınmayıb:

“Əmlaka dəyən ziyan barədə Xaçmaz Rayon İcra Hakimiyyətinə müraciət edən olmayıb”.

Qeyd edək ki, Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin (RSXM) zəlzələlərin tədqiqatı bürosunun məlumatına görə, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf ərazilərində 4-5 bala qədər hiss olunub.

BAKU.WS