SİZİN REKLAM BURADA!
055 213 76 73


Onlar uşaqlıqda bank müdiri, ginekoloq, güləşçi, kosmonavt, müğənni, stüardessa olmaq istəyiblər. Söhbət azərbaycanlı məşhurlardan gedir. Bu dəfə tanınmış simalar öz uşaqlıq arzularından danışıblar. Onlar arasında aparıcılar və aktyorlar yer alıblar. Maraqlıdır, görəsən kim hansı peşəyə sahib olmaq istəyib?

BAKU.WS xəzər tv-yə istinadən uşaqlıq arzularını açıqlayan məşhurları təqdim edir:

Aparıcı Lalə Azərtaş: "Uşaq yaşlarımdan deyirdim ki, mən bir gün tanınmış adam olacam. Hər kəs məni tanıyacaq. Təbii ki, həkim də, müəllim də ola bilərdim. Aparıcı olacağımı çox da dəqiq bilmirdim. Amma deyirdim nə olursa olsun, hansı sahəni seçirəmsə, çalışacam ki, həmişə ən mükəmməlini edim".

Aparıcı Aysel Novruzova: "Uşaqlıqdan jurnalist olmaq istəyirdim. Qənirə Paşayevanı çox sevirdim. Deyirdim ki, böyüyəndə mən də Qənirə Paşayeva kimi jurnalist olacağam. Çox şükür ki, gəldim, arzuma çatdım".

Aktrisa-aparıcı Mətanət Əlverdiyeva: "Həmişə özümü aktrisa və aparıcı kimi görürdüm. Hətta qəzeti tərsinə tutub hərfləri tanımaya-tanımaya nələrsə oxuyurdum. Oxuya-oxuya da böyüdüm. Hazırda səhnədəyəm".

Aparıcı Azər Teymurlu:"Uşaqlıqda həmişə bank müdiri olmaq istəyirdim. Ağlıma gəlməzdi ki, jurnalistika sahəsinə gələrəm və hansısa bir kanalda xəbər aparıcısı olaram. Amma həyat elə gətirdi ki, aldığım təhsil nəticəsində jurnalistika sahəsinə gəldim. Artıq 14 ildir ki, bu peşə ilə məşğulam".

Aktyor Nicat Rəhimov:"Uşaqlıqdan arzum o idi ki, aktyor olum. Nəhayət, şükürlər olsun ki, aktyor da oldum".

Aparıcı Ülkər Qasımqızı: "Uşaqlıqdan jurnalist olmaq istəyirdim. İlk mikrofonum saç lakının şüşəsi olub. İlk müsahim isə atam olub".

Aparıcı Tural Əsədov: "Uşaqlıqda "Kim olmaq" arzum, orta statistik Sovet uşağının arzusu idi. Kosmonavt olmaq istəyirdim. Amma şükürlər olsun ki, mən indi məhz bu peşənin sahibiyəm".

Aparıcı İsgəndər İbrahim: "Uşaqlıqda, dərslərdən birində müəllim məndən soruşdu ki, "Böyüyəndə nə olmaq istəyirsən?". Mən ona ginekoloq  olmaq istədiyimi demişdim. Halbuki bu peşənin nə olduğunu bilmirdim. Bizdə evdə hamı həkim olduğundan mən bu cavabı vermişdim. Amma indi sevdiyim işdə radioaparıcı işləyirəm".

Aparıcı Günel Qədimova: "Lap balaca vaxtlarımdan oturub, “Salam hörmətli tamaşaçılar”, - kimi verilişlər hazırlayıb təqdim edirdim. Çox xoşbəxtəm ki, mən bu gün elə xəbər aparıcısıyam. Məncə insanın işində motivasiya və sevgi olanda insan o peşənin arxasınca gedir".

Rəqqasə və aktrisa Oksana Rəsulova: "Uşaqlığımda diktor olmaq istəmişəm. Həmişə televizor qarşısında oturub nələrsə danışmışam. Sonra böyüyəndə aktrisa olmaq istədim. Amma həyat belə gətirib ki, həkim olmuşam. İndi isə "Xəzər TV"də aparıcılıq edirəm".

Aktyor-aparıcı İslam Mehrəliyev: "Uşaqlıqda güləşçi olmaq istəyirdim. Bir dəfə dedim ki, müğənni olacağam. İllər, aylar keçdi və mən aktyor- aparıcı oldum".

Aparıcı Ağakərim Əbülfəzoğlu: "Mənim uşaqlıq arzularım çox olub. Amma restoran onların içində seçilməz olub. Bu bir nömrəli idi".

Aparıcı Aytən Səfərova: "Uşaqlıqdan mən şüşə məmulatları hazırlayan olmaq istəyirdim. Sonra dedim kosmonavt olacam. O da alınmadı. Sonda düşündüm ki, bir az aşağı düşmək lazımdır. Stüardessa olmaq istədim və bu gün jurnalistəm. Mənə elə gəlir ki, jurnalistika sahəsi bütün peşələrin cəmidir".

BAKU.WS