SİZİN REKLAM BURADA!
055 213 76 73


Avropa Yayım Birliyi İctimai TV ilə əməkdaşlığı genişləndirmək niyyətindədir.

Avropa Yayım Birliyinin (EBU) nümayəndələri - Sasha Scott (EBU Media transformasiya xidmətinin rəhbəri) və Radka Betcheva (Mərkəzi və Şərqi Avropa üzvləri ilə əlaqələr şöbəsinin rəhbəri) Bakıya iki günlük səfər çərçivəsində İctimai Televiziya və Radio Yayımları Şirkətində olublar.

İctimai Televiziya və Radio Yayımları Şirkəti Baş direktorunun müavinləri, əlaqəli struktur bölmə rəhbərləri ilə görüşlər zamanı EBU ilə mövcud və perspektiv əməkdaşlıq imkanları ətraflı müzakirə edilib.

Gələcəkdə təlim və inkişaf üçün təcrübə mübadilələrinin intensivləşdirilməsi, EBU komitələrində daha fəal təmsil olunmaq, mövcud korporativ idarəetmə sisteminin xüsusi nəzərdən keçirilməsi və digər məsələlər ətrafında müzakirələr aparılıb.

Avropa Yayım Birliyinin nümayəndələri İTV-nin fəaliyyəti ilə daha yaxından tanış olub, Şirkətin ayrı-ayrı departamentlərinin işi ilə maraqlanıblar.

Verilişlərin müasir texniki və keyfiyyət standartlarına uyğun yayımını yüksək qiymətləndirən qonaqlar telekanalda korporativ idarəetməni, komandanın layihə və planları haqqında müsbət təəssüratlarını bölüşüblər.

Qeyd edək ki, İctimai televiziya və radio yayımları şirkəti 2007-ci ildən Avropa Yayım Birliyi (EBU)-nin üzvüdür.

BAKU.WS