VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Dünyada və qonşu dövlətlərdə qızılca sürətlə yayılmağa davam edir. Qeyd edilir ki, xəstəliyin fəsadları daha ağır formada özünü göstərir.

Bəs Azərbaycanda qızılca ilə bağlı vəziyyət necədir, qarşısı necə alınır?

BAKU.WS-in məlumatına görə, trend-in suallarını cavablan infeksionist Mərdan Əliyev qeyd edib ki, qızılca çox təhlükəli bir xəstəlikdir və ona qarşı peyvənd olunması mütləqdir.

“Hansı ölkələrdə qızılcaya yoluxma baş verib, sürətlə yayılırsa, bu o deməkdir ki, həmin ölkələrdə peyvəndlənmə zəif səviyyədə aparılır. Qızılca çox təhlükəli bir xəstəlikdir və peyvənd olunmaq çox vacibdir. Bu xəstəliyin qarşısını almağın tək yolu peyvəndləmədir. Digər xəstəliklərdən fərqli olaraq yoluxduruculuq qabiliyyəti həddən artıq çoxdur. Əgər sinifdə bir uşaq qızılcaya yoluxubsa və digər uşaqlar peyvənd olunmayıblarsa, bütün hər kəs yoluxacaq.

Azərbaycanda qızılca peyvəndi uşaqların rutin peyvəndlənmə siyahısına daxildir. Bu səbəbdən hər hansı bir təhlükə olacağını düşünmürəm. Bir-iki yoluxma halı ola bilər. Lakin epidemik səviyyədə qızılcaya yoluxma halları yaşanmır”, - deyə M.Əliyev bildirib.

Səhiyyə Nazirliyindən verilən məlumata görə, hazırda ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyalar yayılmayıb.

“Ölkədə qeyri-adi simptomları olan viruslu infeksiyaların xüsusilə uşaqlar arasında yayılması müşahidə olunmur”, - deyə məlumatda qeyd olunub.

BAKU.WS