SİZİN REKLAM BURADA!
055 213 76 73


Göyçayın Şixəmir kəndində 60-a yaxın ailə, 300-dən çox sakin yaşayır. İllərdir bu kəndə telefon xətləri çəkilsə də, deyəsən internetlə təmin etmək yaddan çıxıb.

Kənd sakini İlham İsmayılov deyib ki, COVID-19 pandemiyası zamanı onlayn dərs keçilərkən övladları internetin olmaması səbəbindən bundan faydalana bilməyiblər: “Rəsmilərə bir neçə dəfə müraciət etsək də, heç bir nəticəsi olmadı. Hər ay mobil internet paketinə 100-120 manat pul veririk”.

Barəsində bəhs edilən kəndin internet təminatı “Azeronline” birgə müəssisəsinə həvalə olunub. Şirkətin rəsmi nümayəndəsi Səbinə Təvəkkülova kəndə bu il internet xətlərinin çəkilişinin nəzərdə tutulmadığını bildirib.

Mövzu ilə bağlı Baku TV-nin süjetini təqdim edirik:

BAKU.WS
VİDEO