SİZİN REKLAM BURADA!
055 213 76 73


"Azərpaşa yaxın dostum idi. 20 il idir bir yerdə işləyirdik. Hər tamaşanı hazırlayanda mənə zəng edib deyirdi ki, gəl, musiqi sənlikdir. Azərpaşa ilə çox tamaşalarda işbirliyimiz oldu. Onu teatrın generalı hesab edirəm".

Bu sözləri BAKU.WS-ə açıqlamasında Azərbaycan Milli Konservatoriyasının rektoru Siyavuş Kərimi deyib. Hazırda mərhumun vida mərasimində iştirak edən Kərimi son vaxtlar Xalq artistinin səhhətində problemlər olduğunu bildirib.

Xatırladaq ki, Xalq artisti Azərpaşa Nemətov 1947-ci ildə Bakı şəhərində anadan olub. O, ötən gün 75 yaşında dünyasını dəyişib.

müxbir Zöhrə Pənahi, foto Təranə İbrahim
BAKU.WS