SİZİN REKLAM BURADA!
055 213 76 73


Xalq artisti Mehriban Xanlarova instaqram hesabında yeni paylaşım edib. 

BAKU.WS xəbər verir ki, aktrisa paylaşdığı postda ötən gün vəfat edən Xalq artisti Azərpaşa Nemətov haqqında mənfi fikir bildirən həmkarlarına səslənib.

O, dünyasını dəyişən şəxs barədə artıq-əskik danışmağın yersiz olduğunu qeyd edib: 

"Sosial şəbəkələrdə oxuyuram ki, bu gün dünyasını dəyişən və hələ dəfn olunmamış Azərpaşa Nemətov haqqında artıq-əskik danışırlar. Ölən insanın arxasınca danışmaq insanlığa sığışmır. Cəsarəti çatan sağlığında sözünü çıxıb deyərdi. Kimsə öləndən sonra onun haqqında şirə dönmək qorxaqlıqdır!"

Xatırladaq ki, Xalq artisti Azərpaşa Nemətov ötən gün 75 yaşında dünyasını dəyişib.

BAKU.WS