VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Bayramı bölgələrdə keçirmək istəyənlər avtovağzala üz tutublar. Ona görə də Bakı Beynəlxalq Avtovağzal Kompleksində sıxlıq yaşanıb.

BAKU.WS-in “Xezerxeber.az”a istinadən məlumatına görə, bölgələrə sərnişin axınının artacağını proqnozlaşdıran avtovağzal rəhbərliyi gücləndirilmiş iş rejiminə keçsə də, istər avtobusların, istərsə də kassaların qarşısında sıxlıq müşahidə olunur. Əsas səbəb əksər insanların məhz bölgələrə gedəcəkləri gün bilet almaq istəmələridir.

Əvvəlcədən həm kassadan, həm də onlayn bilet alan sərnişinlər heç bir problemlə üzləşməyiblər. Bütün avtobuslar biletdə qeyd edilən vaxtda bölgələrə yola düşüblər.

Bakı Beynəlxalq Avtovağzal Kompleksi bayramla əlaqədar martın 15-dən 27-dək gücləndirilmiş iş rejiminə keçib. Qurumun rəsmisi Samir Səfərov deyir ki, sıxlıq nəzərə alınaraq xətlərə əlavə avtobuslar buraxılıb. Onun sözlərinə görə, təkcə ötən gün 369 reyslə 11 min 858 sərnişin daşınıb ki, bu da adi günlərdən iki dəfə çoxdur.

Daha ətraflı videomaterialda:

BAKU.WS
VİDEO