SİZİN REKLAM BURADA!
055 213 76 73


“Zəlzələ baş verən gündən indiyədək Türkiyədən Azərbaycana 205 nəfər vətəndaşımız təxliyə olunub”.

BAKU.WS xəbər verir ki, bunu report-a açıqlamasında Xarici İşlər Nazirliyinin Mətbuat xidməti idarəsinin rəisi Ayxan Hacızadə deyib.

O bildirib ki, təxliyə prosesi avtobuslarla həyata keçirilir:

“Hər şəhərdə səfirliyimizin nümayəndələri var. Səfirliyin veb-saytındakı nömrələrlə əlaqə saxlamaqla Türkiyədən təxliyə olunmaq mümkündür. Bundan başqa, şəhərlərdə Azərbaycan Fövqəladə Hallar Nazirliyinin təmsilçiləri də var. Vətəndaşlarımız onlara müraciət etməklə də təxliyə oluna bilərlər”.

Qeyd edək ki, fevralın 6-da Türkiyədə 7,7 maqnitudalı zəlzələ olub. Son məlumatlara görə, nəticədə 7 108 nəfər ölüb, 40 910 nəfər yaralanıb. Dağıdıcı zəlzələ Türkiyənin 10 vilayətində 13,5 milyon insana təsir göstərib.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan ölənlərin xatirəsini anmaq üçün ölkədə 7 günlük matəm elan edib. Bundan başqa, ölkənin zəlzələ baş verən 10 əyalətində 3 aylıq fövqəladə vəziyyət elan olunub.

BAKU.WS