VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

 

Məktəb direktoru valdeynləri aldadaraq, onlardan rüşvət alıb.


BAKU.WS məlumat verir ki, Jurnalist Rufik İsmayılov sosial şəbəkədə yeni tədris ili bağlı maraqlı məlumat paylaşıb.

 

Məlumatda bildirilir ki, məktəb direktoru valdeynləri aldadaraq rüşvət alıb:


"Abşeron rayonundakı orta məktəblərdən birində məktəb direktoru "yeni metod”dan istifadə edib. Belə ki, məktəbdə yaxşı ibtidai sinif müəlliməsi kimi tanınan bir xanımın sinifinə uşaq qəbulunda "şirinlik” adı ilə hər valdeyndən 20-50-80 AZN pul alıb. Sentyabrın 15-i Billik Günü aydın olub ki, həmin müəllimənin sinifində oxuyan "şirinlik qurbanları”nın sayı həddindən çoxdur. Yəni həmin sinifdə maksimum 22 uşaq oxumalı olduğu halda, nə az nə çox, düz 40 nəfər uşaq yığılıb. Valdeynlərə bildirəndə ki, bu sinifdə bu qədər uşaq çoxdur, bəziləriniz uşaqlarınızı digər müəllimlərin siniflərinə yazdırın, əməlli-başlı narazılıq yaranıb. Hər kəs "şirinlik” verdiyindən tələb edib ki, məhz onun uşağı bu müəllimənin sinifində qalmalıdır. Axırda məktəb direktoru bu məsələni püşkatma yolu ilə müəyyənləşdirməyə çalışıb. Valdeynlər püşk çəkiblər və beləliklə, 22 nəfər şagird tanınmış müəllimənin sinifində oxumaq hüququ qazanıb. Amma bu gün narazı valdeynlərdən bir qismi yenidən uşaqlarını gətirib məhz həmin müəllimənin sinifinə qoymaq üçün təkid ediblər. Beləliklə, "tamaşa” davam edir”.


Sosial şəbəkədə yayılan məlumata münasibət bildirən təhsil eksperti, təcrübəli pedaqoq Nadir İsrafilov deyib ki, məlumatı yayan şəxs məktəbin ünvanını konkret göstərməlidir:


"Təhsil naziri dəfələrlə bildirib ki, rast gəlinən neqativ hallarla bağlı nazirliyin "Qaynar xətt”inə məlumat verilsin. Ya da, məktəbin ünvanını konkret göstərməklə, işin məsuliyyətini əlaqədar qurumların öhdəsinə buraxmaq lazımdır. Amma məktəbin nömrəsini göstərməməklə məlumatın doğruluğu şübhə altına düşür. Hansı məktəbdir, açıq bildirsinlər, ölçü də götürülsün. Ölçü götürülməsə, o zaman mənfi rəy bildirmək olar”.


Nadir İsrafilov qeyd edib ki, bu kimi halların başlıca səbəbkarı və günahkarı valdeynlərdir:


"Mən dəfələrlə demişəm ki, məktəblərdə rüşvət, korrupsiya hallarına yol verilməsində çox zaman birbaşa valdeynlər günahkardır. Valdeyn rüşvət tələbi ilə üzləşirsə, bunu lazımi qurumlara bildirməlidir. Daha "ayıbdır”, "uşağım o sinifdə oxuyur, müəllimlə sabah üz-üzə gələcəyəm” kimi yersiz bəhanələri ilə özünü kənara çəkməməlidir. Belə gedəcəksə, çətin ki, biz təhsildə dəyişikliklərə nail olaq” – deyə ekspert bildirib.


BAKU.WS