Bank kartlarındakı məbləğlə bağlı VACİB AÇIQLAMA

Azərbaycanda buraxılmış bank kartları üzrə vəsait qalığına hesablanan gəlirdən 10 faiz dərəcəsi ilə vergi tutulacaq.
BAKU.WS xəbər verir ki, bu barədə cümə günü trend-ə maliyyə bazarındakı mənbə bildirib.
Mənbənin sözlərinə görə, bu faiz bank tərəfindən tutularaq Dövlət Vergi Xidmətinə (DVX) ödəniləcək.
"Ümumiyyətlə, vətəndaşın əldə etdiyi istənilən faiz gəlirindən 10 faiz dərəcəsi ilə vergi tutulacaq", - deyə məlumatda qeyd olunub.
Qeyd edək ki, 2016-cı ildə Dövlət Vergi Xidməti depozitlər üzrə mənfəətin yeddi il müddətinə vergidən azad edilməsi haqqında qanun qəbul edib. 2023-cü il fevralın 1-də bu müddət başa çatıb. Bundan sonra əmanətin bütün məbləğindən deyil, yalnız mənfəətin məbləğindən vergi tutulacaq.
Oxşar xəbərlər
Prezident İlham Əliyev əfv sərəncamı imzalayıb - SİYAHI
Prezident İlham Əliyev "Məhkum edilmiş bir sıra şəxslərin əfv olunması haqqında" sərəncam imzalayıb. BAKU.WS xəbər verir ki, sərəncam məhkum olunmuş bir sıra şə...
