5 İLƏDƏK DƏYİŞMƏZ 14%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ 40.000 MANATADƏK KREDİT

Müğənni Gülben Ergen sosial şəbəkə paylaşımı ilə diqqət çəkib. 

BAKU.WS xəbər verir ki, sənətçi tvitter hesabında İranda cənubi azərbaycanlıların ac və evsiz qaldığını bildirib:

"İnsanlar soyuqda aclıqla mübarizə aparır. Cənubi Azərbaycanın Xoy şəhərində üşüyən, qorxan, yaşamaq uğrunda mübarizə aparan qardaşlarımız üçün nə edə bilərik?"

Xatırladaq ki, yanvarın 29-da İranın Qərbi Azərbaycan ostanının Xoy şəhərində zəlzələ baş verməsi nəticəsində 1000-ə yaxın insan yaralanıb. Zəlzələ səbəbindən ümumilikdə 973 sakin xəsarət alıb.

 

Zöhrə Pənahi
BAKU.WS