VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

 

Azərbaycanın rayonlarından birində baş vermiş dəhşətli hadisənin üstü açılıb.

BAKU.WS qaynarinfo.az-a istinadən bildirir ki, ata əqli problemləri olan Pərvanə adlı qızını 8 ildir dustaq kimi tövlədə zəncirlənmiş vəziyyətdə saxlayıb. Yaşanmış hadisə "Xəzər" televiziyasında yayımlanan "Bizə danış" adlı verilişdə ictimaiyyətə açıqlanıb.
Aparıcı X.Hidayətqızının verdiyi məlumata görə, qonşular qızın 8 ildir belə vəziyyətdə yaşamasına susublar. Bundan əlavə qohumlar da əqli problemi olduğu deyilən qız barəsində heç bir quruma müraciət etməyiblər.

Pərvanə haqqında ətraflı sujet sabah verilişdə yayımlanacaq.

Atası tərəfindən 8 il mal axırında zəncirdə saxlanılan qızın kədərli həyat tarixçəsi barədə yeni təfərrüatlar üzə çıxıb.

"Təmiz dünya" İctimai Birliyinin rəhbəri Mehriban Zeynalova bildirib ki, qızın bir bacısı da varmış.
"Analarının ölümündən sonra ata iki qızını mal tövləsində saxlayıb. Onlardan birinin ürəyi dayanıb. Pərvanə bir neçə gün meyitlə birlikdə təklikdə qalıb. Onu oradan çıxarmaq heç kimin ağlına gəlməyib. Bu fakt barəsində bizə reportaj hazırlamış bir jurnalist xəbər verib", - deyə Mehriban Zeynalova bildirib. Bu fakt rəsmən təsdiq olunmayıb.

Onun sözlərinə görə, baş verənlərə görə yalnız ata deyil, bu hadisə barədə bilən hər kəs və müvafiq strukturlar da məsuliyyət daşılyırlar.
"Mən hadisənin necə baş verdiyini bilmirəm və heç kimi günahlandırmaq istəmirəm. Lakin ola bilməz ki, heç kim o qız barədə heç nə bilməsin. Sahə müvəkkili, məktəb, qohumlar. Hələ ki, bu dəhşətli hadisə ilə bağlı istintaq başa çatmasa da, onu deyə bilərəm ki, böyük faciədir", - deyə M.Zeynalova qeyd edib.

DİN-in mətbuat katibi, polis polkovniki Ehsan Zahidov isə bildirib ki, əgər bu informasiya təsdiqini tapsa, qızların atası məsuliyyətə cəlb olunacaq.
"İnsanın azadlığını əlindən almaq olmaz. Bu, cinayətdir, lakin bunu, hələ ki, sübut etmək lazımdır", - DİN sözçüsü bildirib.
 
BAKU.WS