“Xəzər Lənkəran”ın vitse-prezidenti olmuş şəxsə yüksək vəzifə verilib - FOTO

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”nin Müşahidə Şurasının iclasında qəbul edilən qərarla Anar İsrafilov və Araz Nəsirov TƏBİB-in İcraçı direktoru Vüqar Qurbanovun müavinləri təyin edilib.
BAKU.WS yeni təyin olunan icraçı direktorun müavini Araz Nəsirovun bioqrafiyasını təqdim edir:
O, 1998-2003-cü illərdə Türkiyənin Trakya Universitetində Maliyyə menecmenti ixtisası üzrə təhsil alıb.
2014-cü ildə ADA Universitetində İdarəetmənin inkişafı ixtisası üzrə, 2021-ci ildə Amerika Dyuk Universitetində Layihələrin idarəetməsi ixtisası üzrə təhsil alıb.
Daha sonra, A.Nəsirov 2008-ci ildə “Xəzər Lənkəran” futbol klubunun vitse-prezidenti vəzifəsində işləyib. 2004-2009-cu illərdə Palmali Şirkətlər Qrupunun aparıcı analitiki vəzifəsində çalışıb.
2014-2018-ci illərdə isə “Paşa Sığorta” ASC-nin risk meneceri kimi fəaliyyət göstərib.
Son olaraq, 2018-2022-ci illər ərzində İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Strateji təhlil departamentinin rəhbəri olub.
Qalereya
Oxşar xəbərlər
Avto-icbari sığorta üzrə mühüm yenilik: Zərərçəkənə ödənişi öz sığortaçısı ödəyəcək
Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti “Yol-nəqliyyat hadisəsində zərərçəkənin idarə etdiyi avtonəqliyyat vasitəsinə dəyən zərərin ödənilməsi ilə bağlı...
