SİZİN REKLAM BURADA!
055 213 76 73


“Rayonlarda açılan istehsal müəssisələri subyektiv səbəblərdən fəaliyyətini dayandırır. 10 min nəfər işçisi olan müəssisələrdə formal olaraq 100 nəfər qalır”.

BAKU.WS "oxu.az"-a istinadən xəbər verir ki, bunu Milli Məclisin iclasında deputat Fazil Mustafa deyib.

Deputat ərzaq qiymətlərinin bahalaşmasından da danışıb.

O bildirib ki, Azərbaycanda ərzaq məhsullarının qiyməti 60% bahalaşıb.

“Maaşı nə qədər artırırıq artıraq, vətəndaşın yaşayışında özünü hiss etdirmir”, - deyə o əlavə edib.

Millət vəkili Azərbaycanda dərman vəsaitlərinin Türkiyə ilə müqayisədə 3 dəfə baha olduğunu da deyib.

“Kimsə mənfəət qazanır, lakin onkoloji xəstələr əziyyət çəkirlər”, - deyə Fazil Mustafa bildirib.

BAKU.WS