13,99%-dən ZAMİNSİZ, KOMİSSİYASIZ NAĞD KREDİT

“Rəşad Dağlı ilə heç vaxt üz-üzə gəlməmişəm. Ancaq təxminən, 3 ay qabaq özü votsapda mənə yazmışdı. Qəribə bir həssaslıqla danışırdı, elə bil onu hər şeydən küsdürmüşdülər”.

BAKU.WS xəbər verir ki, bunu yazıçı Kəramət Böyükçöl bildirib.

Kəramətin sözlərinə görə, Rəşad Dağlı ona deyib ki, bu ölkədə yaşaya bilmir, səninlə görüşüb qardaşım kimi dərdləşmək, dost olmaq istəyirəm:

“Xaricə gedəcəyini dedi. Ətrafında bu qədər meyxanaçı dostları, fanatları olan bir adam niyə mənimlə dərdləşmək istəyir, təəccüblənmişdim. Sonra xəbər çıxmadı, zəng etmədi. Bir də ağır cinayət törədəndə Rəşad yadıma düşdü. İşin detallarını bilmirəm.

Ancaq bütün hallarda heç nə insan ölümünə bəraət qazandıra bilməz. Oğlu ilə şəkli qabağıma çıxdı. Rəşad belə bir qərar verəndə bəlkə, kimsə övladını onun yadına salsaydı, hər şey başqa cür olacaqdı”.

BAKU.WS