Şagirdin döyüldüyü məktəbin direktor əvəzi işdən ÇIXARILDI

06
okt
2022
07:53
Bakının Sabunçu rayonunda şagirdin döyüldüyü 112 saylı məktəbin direktor əvəzi Mustafayeva Lətifə işdən azad olunub.
BAKU.WS xəbər verir ki, bu barədə Azərbaycan Uşaqları İctimai Birliyinin sədri Kəmalə Ağazadə bildirib.
K.Ağazadə qeyd edib ki, müvafiq əmr elm və təhsil naziri Emin Əmrullayev tərəfindən verilib.
Qeyd edək ki, 112 saylı orta məktəbin sinif otağında şagirdin sinif yoldaşını döyməsi ilə bağlı videogörüntülər yayılmışdı.
Oxşar xəbərlər
Prezident "Media haqqında" qanunu təsdiqləyib - FƏRMAN
Prezident İlham Əliyev "Media haqqında" Azərbaycan Respublikasının Qanununu təsdiqləyib. BAKU.WS xəbər verir ki, bu Qanun Azərbaycan Respublikası Konstitusiyası...
