Dərslər başlayır - Şagirdləri gözləyən təhlükələrlə bağlı valideynlərə XƏBƏRDARLIQ

Yeni tədris ili başlayır. Şagirdləri qarşıda yeni qayğılar, məsuliyyət və çətin günlər gözləyir. Valideynlərin və müəllimlərin isə şagirdlərdən gözlədiyi yaxşı oxumaq, təlim-tərbiyədir. Bu isə son illər bir çox məktəblərdə həlli tapılmayan problemlərə çevrilib.
Bəs bu yolda nə etmək lazımdır?
Uşaq nevroloqu, həkim Vüsalə Nuriyeva BAKU.WS-ə açıqlamasında bildirib ki, məktəbdə fərdi yanaşmanın olmaması (xüsusən DEHB-li uşaqlara qarşı) onların daha çox çətinlik yaşamasına səbəb olur.

Mütəxəssissin sözlərinə görə, şagirdləri cəmiyyətdən təcrid edən, onları elmdən, kitab-dəftərdən ayıran əsas səbəblərdən biri müasir texnologiya bağlılığı və sosial mediadır.
"Uşaqların artıq çox erkən yaşda telefon, planşet və internetdən istifadəsi diqqət dağınıqlığına səbəb olur.
Sosial mediada aqressiv, zorakı və sürətli dəyişən görüntülər uşağın beynini həddindən artıq stimullaşdırır, sakit fəaliyyətlərə adaptasiyanı çətinləşdirir. Uzun müddət ekran qarşısında qalmaq həm yuxu pozuntusu, həm də hiperaktivlik yaradır. Bu da şagirdlərin dərslərdə normal davranışına əngəllər yaradır. Oxuyub-qavrama bacarığını azaldır", - deyə Vüsalə Nuriyeva bildirib.
Mütəxəssisin sözlərinə görə, yaranan vəziyyətin əsas səbəblərindən biri də valideynlərin övladlarına qarşı kifayət qədər diqqət və vaxt ayıra bilməməsidir:
"Valideynlərin məşğulluğu – Müasir dövrdə valideynlərin iş yükünün çox olması, uşağa az vaxt ayırmaları sevgi və emosional dəstəyin çatışmazlığına gətirib çıxarır.
Bundan başqa, valideynlər uşaqlardan yüksək akademik nəticə gözləyir. Bu da uşaqlarda stress və özünü dəyərsiz hiss etmə problemi yaradır".
Təhsil sistemi və təzyiqlər
Həkim deyir ki, məktəblərdə dərs yükünün həddindən artıq olması şagirdlərdə əks nəticələr verir. Uşaqlarda artıq yüklənmə onların tez yorulması ilə nəticələnir:
"Rəqabətli təhsil sistemi uşaqları "həddindən artıq öyrənməyə" məcbur edir, bu da bəzilərində psixoloji yorğunluq və davranış çətinliyi yaradır".
Ziya SƏCCAD
Oxşar xəbərlər
Bakıda nə baş verir? - Gecə saatlarında yollarda hərəkət iflic olub
Hələ tədris ili başlamayıb Bakı tıxacdan boğulur. Əgər əvvəllər günün müəyyən vaxtlarında, PİK saatlarında tıxac olurdusa, indi hər gün, istənilən saatda yollar...
