SİZİN REKLAM BURADA!
055 213 76 73


Aparıcı Xoşqədəm Hidayətqızı məktəblilərin sosial şəbəkədə yayılan görüntülərinə münasibət bildirib.

BAKU.WS xəbər verir ki, aparıcı sinif otağında şagirdin məktəbli yoldaşı tərəfindən döyülməsinə qəti şəkildə etiraz edib.

Hidayətqızı orta təhsil müəssisələrində yaşanan bu xoşagəlməz haldan sonra uşaqlarının məktəbə getməsindən narahat olduğunu deyib:

"Bu nə deməkdir, məktəbdə necə baş verib? O məktəbin direktoru, sinif rəhbəri, döyülən uşağın sinif yoldaşları baş verənləri görməyib? Elm və Təhsil Nazirliyi, az qala hər gün hansısa məktəbdə bir hadisə baş verir, belə məktəblərə uşaqlarımızı necə göndərək? Sinif otağında nə baş verəcək bilmirik. Hanı kameralarınız? Pul yoxdur? Bəlkə, kameranı quraşdırmaq üçün valideynlərdən pul yığasınız? Bütün sinif otaqlarında kameralar olmalıdır, valideynlər izləməlidir! Varmı bizim məktəblərdə?

Uşaqlarım Türkiyədə yaş yarımlığından bağçaya getdi və Bakıdan belə hər saniyə izləmə şansım var idi. Zibil pulu, süpürgə pulu, nə bilim daha nə pulu yığan məktəblərdə, bəlkə, kamera pulu da yığasınız? Amma günahkar tək məktəb deyil, o döyənin, çəkənin valideynləri də günahkardır. Sevgidən yoxsun, mərhəmətdən uzaq böyüdülən uşaq bu cür olur! Çəkən də, döyən də məktəbdən xaric edilməlidir! Yazıqlar olsun!"

Xatırladaq ki, məktəbdə baş verənlərlə bağlı Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətindən məktəbin 9-cu sinif şagirdlərdən biri digərinin ünvanına nalayiq ifadələr işlətdiyi üçün onunla mübahisə etdiyi bildirilib. Hər iki məktəbli valideynləri ilə birgə polis bölməsinə dəvət olunaraq izahatları alınıb. Xəsarətin dərəcəsini müəyyənləşdirmək üçün tibbi ekspertiza təyin olunub.

 

BAKU.WS