SİZİN REKLAM BURADA!
055 213 76 73


Vətən müharibəsinin ikinci ildönümü ərəfəsində şəhidlərimizə ehtiram əlaməti olaraq sentyabrın 27-də Anım Günü ilə əlaqədar Müdafiə Nazirliyi və Ekologiya və Təbii Sərvətlər Nazirliyinin birgə təşkilatçılığı ilə Müşfiqabad qəsəbəsində ağacəkmə aksiyası keçirilib.

Bu barədə BAKU.WS-ə Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildirilib.

Hər iki nazirliyin və Abşeron rayon İcra Hakimiyyətinin nümayəndələri, ANAMA əməkdaşları, şəhid ailələri və müharibədə sağlamlıqlarını itirən vətəndaşlarımızın iştirakı ilə keçirilən tədbirdə 1000-dən artıq Eldar şamı və zeytun ağacı əkilib.

Şəhidlərimizin əziz xatirəsi digər bölgələrimizdə də ağacəkmə tədbirləri ilə anılıb.

BAKU.WS
QALEREYA