VTB-də MİNİMAL FAİZ DƏRƏCƏSİ İLƏ NAĞD KREDİT 10.49%-dən

Azərbaycanda sürücülük vəsiqələrinin doldurulması və verilməsi zamanı yeniliklər tətbiq ediləcək.

Bu yeniliyin tətbiqi sürücülük vəsiqəsi almaq istəyənlərin işini asanlaşdıracaq. Bu barədə nəqliyyat eksperti Elməddin Muradlı BAKU.WS-ə açıqlamasında bildirib.

Onun sözlərinə görə, əsasnaməyə edilən dəyişikliklərə görə, sürücülük vəsiqəsinin verilməsi üçün vətəndaşlar mərkəzi bazada özləri haqqında məlumat verəcəklər.

“İmtahanda iştirak etmək haqqında istəklərini bildirəcəklər. Hansı kateqoriya üzrə seçim edirlərsə, qeyd edəcəklər.

Sistemi daha yaxşı qura bilsələr, sağlamlıq haqqında arayış və digər lazım olan sənədləri elektron şəkildə təqdim edəcəklər. Yəqin ki, belə bir pəncərə açılacaq.

Məlumatları da, yol polisi doldurur. Sürücü olmaq istəyən şəxs imtahandan müvəffəqiyyətlə keçəndən sonra məlumatlar sistemdə qeyd ediləcək. Bu yeniliklər təbii ki, sürücü üçün çox faydalı olacaq. İnformasiya texnologiyalarının bizə verdiyi imkanlardan daha səmərəli istifadə edə biləcəyik”, - deyə Elməddin Muradlı bildirib.

Ekspert deyir ki, bütün hallarda vətəndaşlar sürücülük vəsiqəsi almağa hazırlaşarkən yaxşı hazırlaşmalıdırlar. Bu yeniliklərdən istifadə eetməklə isə əlavə vaxt itkisinin qarşısı alınacaq.

Qeyd edək ki, nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanlar Daxili İşlər Nazirliyinin Baş Dövlət Yol Polisi İdarəsinin mərkəzi informasiya sistemi vasitəsilə təşkil ediləcək.

Bu barədə Prezident İlham Əliyevin Fərmanı ilə təsdiqlənən "Daxili İşlər Nazirliyinin (DİN) Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ) mərkəzi informasiya sistemi haqqında Əsasnamə"də əksini tapıb.

Əsasnaməyə əsasən, sistem vasitəsilə nəqliyyat vasitələrini idarəetmə hüququnun verilməsi üçün imtahanların təşkili, sürücülük vəsiqələrinin doldurulması və verilməsi həyata keçiriləcək.

Ziya SƏCCAD
BAKU.WS