SİZİN REKLAM BURADA!
055 213 76 73


Bu gün saat 08:20 radələrində Abşeron rayonunun Xırdalan şəhərindən Bakı şəhərinə avtobusla gələn vətəndaşları yarıyolda düşürmüş sürücü işdən müvəqqəti kənarlaşdırılıb.

BAKU.WS xəbər verir ki, bu barədə "Report"a daşıyıcı şirkətdən bildirilib.

Məlumata görə, hadisə 119 saylı müntəzəm marşrut xəttində baş verib və hazırda bununla bağlı araşdırma aparılır.

Sürücü Gülhüseynov Rövşən Şıxmirhüseyin oğlunun izahatı alınıb, həmçinin hadisədən əvvəl avtobusda baş verənləri aydınlaşdırmaq məqsədilə videogörüntülərə baxılıb. Görüntülərdən məlum olur ki, sərnişin sıxlığının yüksək olduğu vaxt xanım sərnişinlərdən biri sürücüdən avtobusun dayanacaqdan kənar saxlamasını tələb edib. Sürücü isə yalnız dayanacaqda saxlamağın mümkün olduğunu bildirdikdən sonra bəzi sərnişinlər tərəfindən kobud rəftara məruz qalıb. Sərnişinlər tərəfindən təhqir edilən sürücü psixoloji gərginlik səbəbindən hərəkəti davam etdirməyin təhlükəli olduğunu bildirərək nəqliyyat vasitəsini saxlayıb və ona tibbi yardım göstərilib. Təxminən 10 dəqiqə sonra sürücü avtobusla sərnişinləri sonuncu dayanacaq məntəqəsinə qədər gətirib.

Hadisə ilə bağlı araşdırmalar davam etdirilir.

***09:37

Azərbaycanda sərnişin avtobusu sürücülərindən biri anormal addım adıb. Belə ki, sürücü sərnişinlərə etiraz edərək onları yarı yolda qoyub.

BAKU.WS İTV-yə istinadən xəbər verir ki, görüntülər 119 nömrəli marşrutda qeydə alınıb.

Sərnişinlərdən biri baş verənləri lentə alaraq sürücünün özbaşınalığından şikayət edib.

BAKU.WS
VİDEO