SİZİN REKLAM BURADA!
055 213 76 73


11.08.2022-ci il tarixində doğulan beşəmlərin K.Y.Fərəcova adına Elmi-Tədqiqat Pediatriya İnstitutunda müalicəsi davam edir.

BAKU.WS apa-ya istinadən xəbər verir ki, TƏBİB beşəmlərin hər birinin vəziyyətinin ağır stabil olduğunu bildirir:

"Hər biri küvez rejimindədir, monitor nəzarətindədir. Nazoqastral zond vasitəsilə ana südü ilə qidalandırılırlar. Hazırda I-II-III taylar binazal zond vasitəsilə nəmlənmiş oksigen alır, IV-V taylar ekstubasiya olunub “CPAP” rejimində respirator tənəffüs dəstəyi alır, III-IV-V taylara fototerapiya aparılır. Hal-hazırda vəziyyətlərində müsbət dinamika izlənilir".

BAKU.WS